Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Böyük Britaniyadan gəlib İqtisadiyyat Nazirliyində...
Böyük Britaniyadan gəlib İqtisadiyyat Nazirliyində işə başladı
İqtisadiyyat

Böyük Britaniyadan gəlib İqtisadiyyat Nazirliyində işə başladı

Xpress.az Redaksiyası 29.10.2026 19:07

İqtisadiyyat Nazirliyində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emin Soltanov nazirliyin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin Biznes mühitinin inkişafı sektorunun müdiri təyin edilib. 

O, bu təyinata qədər Böyük Britaniyada fəaliyyət göstərən Maliyyə Davranışı Təşkilatında (Financial Conduct Authority) çalışıb. 

E.Soltanov 2013-2024-cü illərdə də İqtisadiyyat Nazirliyində işləyib və həmin müddətdə Baş məsləhətçi, Daxili Nəzarət Departamentinin Strateji Yol Xəritələri Bölməsinin rəhbəri, eləcə də Daxili Audit Bölməsinin rəhbəri vəzifələrində fəaliyyət göstərib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək