Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycanda dollara maraq azalır:
Azərbaycanda dollara maraq azalır:
İqtisadiyyat

Azərbaycanda dollara maraq azalır: Nə baş verir?

Xpress.az Redaksiyası 29.10.2026 11:08

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.

Xpress.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd olunur ki, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Belə ki, 2026-cı ilin 9 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 759 milyon ABŞ dolları üstələyib.

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25.7%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib.

9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 milyard ABŞ dollarına yüksəlib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək