İqtisadiyyat
"Rabitəbank"da yeni təyinatlar - "Bank BTB"dən gələnlər də var
Xpress.az Redaksiyası
28.10.2026 18:34
"Rabitəbank" ASC-də yeni təyinatlar baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əjdər Əhmədov və Orxan Hüseynov Bankın Filial müdirinin müavini vəzifəsinə, Urfan İslamoğlu və Fərid Əskərov isə Regional Kredit Meneceri vəzifəsinə təyin ediliblər.
Ə.Əhmədov 2018-ci ildən, O.Hüseynov 2019-cu ildən "Rabitəbank" ASC-də çalışır. U.İslamoğlu və F.Əskərov isə daha əvvəl ləğv edilmiş "Bank BTB"də fəaliyyət göstəriblər.