Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forum...
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub -
Ana səhifə

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub - FOTO

Xpress.az Redaksiyası 28.10.2026 15:54

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti 25-27 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilən IX Dünya İnvestisiya Forumunda iştirak edib.

Xpress.az xəbər verir ki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Qətər Dövlətinin birgə təşkilatçılığı ilə “Gələcəyə investisiya” mövzusunda keçirilən forum dayanıqlı inkişaf, beynəlxalq investisiyaların təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunub. 

Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin forumda iştirakı Azərbaycanın turizm sektorunun investisiya potensialının tanıdılması, turizm və rekreasiya zonaları çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması və potensial investorlarla əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.

Forum çərçivəsində investisiyaların təşviqində rəqəmsal yanaşmalar, mədəni və yaradıcı sənayelərə investisiyaların cəlb edilməsi, yaradıcı ekosistemlərin investisiyaya hazırlığı, eləcə də iqlim, təbiət və rifah naminə əməkdaşlıq mövzularına həsr olunmuş sessiyalar keçirilib. Müzakirələrdə maliyyə resurslarına və beynəlxalq bazarlara çıxış, institusional əməkdaşlıq, dayanıqlı infrastrukturun inkişafı və yerli icmalar üçün iqtisadi imkanların yaradılması məsələləri diqqət mərkəzində olub.

Forum zamanı keçirilən görüşlərdə və fikir mübadilələrində Azərbaycanın turizm və rekreasiya zonalarında turizm, qonaqpərvərlik, sağlamlıq və rekreasiya, eləcə də mədəni və yaradıcı fəaliyyətlər sahələrində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. İnvestorlar üçün xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq təcrübə mübadiləsi, özəl investisiyaların cəlb edilməsi və ekoloji dayanıqlılığı dəstəkləyən infrastrukturun inkişafı potensial əməkdaşlıq istiqamətləri kimi müzakirə olunub.

Qeyd edək ki, IX Ümumdünya İnvestisiya Forumu geosiyasi gərginlik, iqtisadi parçalanma və sürətli texnoloji dəyişikliklər şəraitində qlobal investisiya məsələlərinin müzakirəsi üçün dövlət qurumlarının, investorların, biznes liderlərinin və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirir. Forum çərçivəsində investisiya siyasəti, süni intellektə investisiyalar, dayanıqlı maliyyə və biznes, iqlim və ətraf mühit, okeanların qorunması, investisiyaların təşviqi, xüsusi iqtisadi zonalar, sahibkarlıq, turizm və mədəniyyət kimi istiqamətlər üzrə tədbirlər və müzakirələr keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Özünü "generalın adamı" kimi təqdim edən sahibkar HƏBS EDİLDİ

28.10.2026 15:58 Cəmiyyət

Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

28.10.2026 15:39 Cəmiyyət

Amazonun gizli sakinləri:

28.10.2026 14:50 Dünya

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28.10.2026 14:38 Cəmiyyət

Bu hərəkəti edən müdirlər 5 min manat cərimələnə bilərlər

28.10.2026 14:02 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artacaq

28.10.2026 13:55 Cəmiyyət

İspaniyada sürət qatarları toqquşub,

28.10.2026 13:36 Dünya

Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq

28.10.2026 13:33 Media

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

28.10.2026 12:24 Gündəm

Sabah Bakıda yağış yağacaq -

28.10.2026 12:21 Cəmiyyət

Azərbaycanın dövlət borcu azalıb

28.10.2026 12:16 İqtisadiyyat

Bakıda yeni velosiped zolaqları

28.10.2026 11:22 Cəmiyyət

Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsinə başlanılıb

28.10.2026 11:11 Təhsil

Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub

28.10.2026 11:08 Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28.10.2026 10:59 Təhsil

İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanladı

28.10.2026 10:44 Gündəm

17 il işə getmədən maaş aldı

28.10.2026 10:22 Maraqlı

Daha bir ölkə "Avroviziya-2027"dən imtina etdi

28.10.2026 10:10 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək