Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səvi...
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb
Cəmiyyət

Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

Xpress.az Redaksiyası 28.10.2026 15:39

2025-ci ildə ölkədə 48 546 nikah və 20 675 boşanma qeydə alınıb, ailə quranların orta yaşı isə əvvəlki illərlə müqayisədə yüksəlib. Azərbaycanda nikahların sayında azalma davam edir.
2025-ci ildə ölkədə 48 546 nikah qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 962 nikah və ya 1.9 faiz azdır. Pandemiya dövrü olan 2020-ci il istisna edilməklə, ötənilki göstərici 2003-cü ildən bəri ən aşağı səviyyədir.

 2025-ci ildə ölkədə 20 675 boşanma qeydə alınıb. Bu da 2024-cü illə müqayisədə 709 hal və ya 3.3 faiz azdır.

Uzunmüddətli statistikaya nəzər saldıqda nikahların sayında daha böyük dəyişiklik müşahidə olunur. Belə ki, 2011-ci ildə Azərbaycanda 88 145 nikah qeydə alınmışdı. 2025-ci ildə bu göstərici həmin illə müqayisədə 39 599 və ya 44.9 faiz az olub.

Boşanmaların sayı isə eyni dövrdə əks istiqamətdə dəyişib. 2011-ci ildə 10 747 boşanma qeydə alındığı halda, 2025-ci ildə onların sayı 20 675-ə çatıb. Beləliklə, 14 il ərzində boşanmaların sayı 92.4 faiz artıb.

Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da azalıb. 2011-ci ildə bu göstərici 9.7 olduğu halda, 2025-ci ildə 4.7-yə enib. Boşanmaların sayı isə hər 1000 nəfərə 1.2-dən 2-yə yüksəlib.

Statistikada diqqətçəkən digər məqam nikaha daxil olanların orta yaşının artmasıdır. 2000-ci ildə nikaha daxil olan qadınların orta yaşı 23.6, kişilərin isə 28,4 idi. 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 25.1 və 30.1 yaş təşkil edib.

İlk dəfə ailə quran qadınların orta yaşı da 2000-ci ildəki 23.1-dən 2025-ci ildə 24.1-ə, kişilərdə isə 27.3-dən 28.7-yə yüksəlib.

Boşanmaların nikahın davametmə müddətinə görə bölgüsü də maraqlı mənzərə yaradır. 2025-ci ildə qeydə alınmış 20 675 boşanmanın 7 354-ü 10-19 il davam edən nikahlara aid olub. Bu, ümumi boşanmaların 35.6 faizini təşkil edir.

Beş ildən az davam edən nikahlarda 5 795, beş-doqquz il davam edən nikahlarda isə 4 845 boşanma qeydə alınıb. Daha 2 681 boşanma 20 il və daha uzun müddət evli olmuş şəxslərin payına düşüb.

Beləliklə, 2025-ci ildə pozulmuş nikahların 28 faizi beş ildən az, 23.4 faizi beş-doqquz il, 35.6 faizi 10-19 il, 13 faizi isə 20 il və daha uzun müddət davam edib.

Boşanan qadınların yaş bölgüsündə ən yüksək göstərici 30-34 yaş qrupunda qeydə alınıb. Bu yaşda 5 072 qadının nikahı pozulub. Kişilər arasında isə ən çox boşanma 35-39 yaş qrupunda müşahidə edilib - 4 844 nəfər.

Rəsmi məlumatlara əsasən, 2025-ci ildə nikahların və boşanmaların sayı əvvəlki illə müqayisədə azalsa da, uzunmüddətli göstəricilər ölkədə nikahların sayının əhəmiyyətli dərəcədə azaldığını, boşanmaların isə 2000-ci illərin əvvəli ilə müqayisədə daha yüksək səviyyədə qaldığını göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Özünü "generalın adamı" kimi təqdim edən sahibkar HƏBS EDİLDİ

28.10.2026 15:58 Cəmiyyət

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub -

28.10.2026 15:54 Ana səhifə

Amazonun gizli sakinləri:

28.10.2026 14:50 Dünya

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28.10.2026 14:38 Cəmiyyət

Bu hərəkəti edən müdirlər 5 min manat cərimələnə bilərlər

28.10.2026 14:02 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artacaq

28.10.2026 13:55 Cəmiyyət

İspaniyada sürət qatarları toqquşub,

28.10.2026 13:36 Dünya

Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq

28.10.2026 13:33 Media

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

28.10.2026 12:24 Gündəm

Sabah Bakıda yağış yağacaq -

28.10.2026 12:21 Cəmiyyət

Azərbaycanın dövlət borcu azalıb

28.10.2026 12:16 İqtisadiyyat

Bakıda yeni velosiped zolaqları

28.10.2026 11:22 Cəmiyyət

Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsinə başlanılıb

28.10.2026 11:11 Təhsil

Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub

28.10.2026 11:08 Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28.10.2026 10:59 Təhsil

İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanladı

28.10.2026 10:44 Gündəm

17 il işə getmədən maaş aldı

28.10.2026 10:22 Maraqlı

Daha bir ölkə "Avroviziya-2027"dən imtina etdi

28.10.2026 10:10 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək