Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Ramiz Mehdiyevin “qara siyahı"sına düşən YAP üzvü:...
Ramiz Mehdiyevin “qara siyahı"sına düşən YAP üzvü:
Ana səhifə

Ramiz Mehdiyevin “qara siyahı"sına düşən YAP üzvü: “Onu özünə “ağsaqqal” seçənlərin...” - FOTO

Xpress.az Redaksiyası 28.10.2026 17:40

“Ramiz Mehdiyevin əmlaklarının, malının, mülkinin siyahısına baxanda düşündüm ki, bu şəraiti ona yaradanların, dövlət məmurlarının, icra başçılarının, onu özünə “ağsaqqal” seçənlərin, onun dönəmində pələng dərisinə bürünmüş tülkülərin, ona quyruq bulayanların cəzası nə vaxt veriləcək?”

Xpress.az xəbər verir ki, bu barədə sabiq deputat və icra başçısı, Yeni Azərbaycan Partiyasının üzvü Musa Musayev sosial media hesabında bildirib.

O qeyd edib ki, 2006-2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışarkən Ramiz Mehdiyevə tabe olmayıb.

YAP üzvünün sözlərinə görə, məhz buna görə də Ramiz Mehdiyevin “qara siyahı”sına düşüb: “Bəlkə də yeganə İcra başçısı olmuşam ki, nə Ramiz Mehdiyevə tabe olmuşam, nə də kurort şəhəri olan Naftalanda ona 1 kvadratmetr torpaq sahəsi verməmişəm. Baxmayaraq ki, 2007-ci ildə onun “elçiləri” Naftalana Sanatoriya tikmək məqsədilə 1 hektar torpaq sahəsi almaq üçün yanıma gəlmişdilər, mən onları əliboş geri qaytardım. Onlara dedim ki, Naftalan şəhərini mənim genişləndirmək fikrim var, Naftalanın özünün torpağa ehtiyacı var! Sonra da mən bunun müqabilində yenidən Ramiz Mehdiyevin “qara siyahısı”na düşdüm. Nəticədə hər kəsə bəlli olan kimi, düz 12 il işsiz qaldım. Atalar demişkən: haqq nazilər, lakin üzülməz”.

Xatırladaq ki, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Eləcə də, həmin hökmlə Mehdiyev Ramiz Ənvər oğlunun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Həmçinin hökmə əsasən, Mehdiyev Ramiz Ənvər oğlunun əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin müsadirə olunacaq əmlaklarının siyahısı açıqlanıb.

Bu barədə Oxu.az xəbər yayıb.

Qeyd olunub ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.

Həmin əmlakların siyahısını təqdim edirik:

Torpaq sahələri və üzüm bağları:

- Novxanıda üzüm bağları;

- Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;

- Novxanıda 155 hektar torpaq sahəsi;

- Xınalıq kəndində 50 hektar torpaq sahəsi.

Ailə üzvlərinin adına olan torpaqlar:

- Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;

- Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.

Şirkətlər və media fəaliyyəti:

- “Digital Media” MMC - 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.

Daşınmaz əmlak və kommersiya obyektləri:

- İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır;

- Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;

- “Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri (MTK);

- NLT MMC və “Premium Store” MMC.

Digər şirkətlər və ticarət mərkəzləri:

- NLT;

- “Servis”;

- “Grand Palace”;

- “Astoriya”;

- “Astoriya Tibb Mərkəzi” MMC - 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir;

- “Qrandezza Ticarət Mərkəzi” MMC - 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;

- “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar.

Bank və investisiya şirkətləri:

- “BTB Lizinq” ASC;

Nəşriyyat və yaşayış binaları:

- “Şərq-Qərb Nəşriyyat Evi” MMC;

- “Qlobal East West” MMC;

- Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.

Villalar və bağ evləri:

- Bakıda Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa - satış qiyməti 8 milyon dollar;

- Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.

Zərbəçi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda aliment artırılacaq

28.10.2026 18:56 Cəmiyyət

"Rabitəbank"da yeni təyinatlar - "Bank BTB"dən gələnlər də var

28.10.2026 18:34 İqtisadiyyat

Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 18:15 Mədəniyyət

Tokenləşdirilmiş səhmlər populyarlaşır: yeni texnologiyalar maliyyə bazarlarını necə dəyişir?

28.10.2026 17:04 İqtisadiyyat

Özünü "generalın adamı" kimi təqdim edən sahibkar HƏBS EDİLDİ

28.10.2026 15:58 Cəmiyyət

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub -

28.10.2026 15:54 Ana səhifə

Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

28.10.2026 15:39 Cəmiyyət

Amazonun gizli sakinləri:

28.10.2026 14:50 Dünya

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28.10.2026 14:38 Cəmiyyət

Bu hərəkəti edən müdirlər 5 min manat cərimələnə bilərlər

28.10.2026 14:02 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artacaq

28.10.2026 13:55 Cəmiyyət

İspaniyada sürət qatarları toqquşub,

28.10.2026 13:36 Dünya

Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq

28.10.2026 13:33 Media

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

28.10.2026 12:24 Gündəm

Sabah Bakıda yağış yağacaq -

28.10.2026 12:21 Cəmiyyət

Azərbaycanın dövlət borcu azalıb

28.10.2026 12:16 İqtisadiyyat

Bakıda yeni velosiped zolaqları

28.10.2026 11:22 Cəmiyyət

Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsinə başlanılıb

28.10.2026 11:11 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək