Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Leysan Məmmədov niyə işdən qovuldu? —
 Leysan Məmmədov niyə işdən qovuldu? —
Gündəm

Leysan Məmmədov niyə işdən qovuldu? — Milyonluq yeyintilər - ŞOK DETALLAR

Xpress.az Redaksiyası 30.10.2026 15:42

Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinə kölgə salan hallarla bağlı növbəti şok məlumatlar üzə çıxıb. Dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və maliyyə pozuntuları fonunda yüksək vəzifəli şəxsin işdən çıxarılması ölkə ictimaiyyətində ciddi səs-küy yaradıb.

 Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsindən azad edilən Leysan Məmmədovun adı son dövrlər ardıcıl qalmaqallarda hallanır. Onun bu yüksək vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi isə Maliyyə Nazirliyinin qurumda apardığı sərt audit yoxlamaları və aşkar edilən külli miqdarda maliyyə pozuntularıdır.

Məlumatlara görə, Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyətindən narazı olan vətəndaşlar, eləcə də müxtəlif sahibkarlar tərəfindən aidiyyəti dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlanıb. Vətəndaşların haqlı narazılığı, idarəçilikdə yol verilən kobud nöqsanlar və büdcə vəsaitlərinin təyinatından yayındırılması mərkəzi hakimiyyətin diqqətindən yayınmayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, yalnız Leysan Məmmədovun özü deyil, həmçinin onun oğlu ilə bağlı da dövlət vəsaitlərinin mənimsənilməsi, tender maxinasiyaları və ciddi korrupsiya halları üzrə ağır şübhələr mövcuddur.

Xatırladaq ki, Leysan Məmmədovun keçmiş fəaliyyəti – xüsusilə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində rəhbər vəzifələrdə çalışdığı dövr də kifayət qədər qaranlıq məqamlarla yadda qalıb.

Mediada və müvafiq mənbələrdə yayılan məlumatlara əsasən, onun əvvəlki iş yerində yol verdiyi maliyyə maxinasiyaları ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb, hətta adıçəkilən şəxsin ölkədən çıxışına müvəqqəti məhdudiyyətlər ("stop") qoyulub. Bütün bunlar isə onun illərdir müxtəlif vəzifələrdə dövlət maraqlarını şəxsi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI:

31.10.2026 13:17 Təhsil

Zəbt olunan səkilər

31.10.2026 11:51 Cəmiyyət

Azərbaycan elminə ağır

31.10.2026 11:41 Cəmiyyət

Anbardar iş adamını aldatdı -

31.10.2026 10:43 Kriminal

Oktyabrın son gününün havası:

31.10.2026 09:51 Cəmiyyət

Süni intellektə görə işini itirənlər üçün alternativ peşələr

31.10.2026 09:47 Texnologiya

"Hellouin" bayramı, yoxsa milli kimliyimizə yad təbliğat?

31.10.2026 08:59 Cəmiyyət

İnsan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizəyə dair təlim keçirib

30.10.2026 18:24 Cəmiyyət

Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib -

30.10.2026 18:20 Ana səhifə

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Lənkəranda müzakirə olunub -

30.10.2026 17:04 Cəmiyyət

Prezident kənd təsərrüfatı işçilərini təltif edib -

30.10.2026 17:00 Cəmiyyət

Şəkər süfrəmizə necə gəlir? İmişli Şəkər Zavodunda istehsalın pərdəarxası – REPORTAJ -

30.10.2026 17:00 Cəmiyyət

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

30.10.2026 16:44 Sağlamlıq

“Yapı Kredi Bank Azərbaycan”da

30.10.2026 16:18 İqtisadiyyat

Sakinlərdən yığılan ev pulu ilə bağlı açıqlama

30.10.2026 15:59 Cəmiyyət

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

30.10.2026 15:08 Cəmiyyət

Məktəb direktoru xadimənin attestatını

30.10.2026 14:55 Təhsil

Bu cərimənin məbləği

30.10.2026 14:30 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək