Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Hellouin" bayramı, yoxsa milli kimliyimizə yad tə...
"Hellouin" bayramı, yoxsa milli kimliyimizə yad təbliğat?
Cəmiyyət

"Hellouin" bayramı, yoxsa milli kimliyimizə yad təbliğat?

Xpress.az Redaksiyası 31.10.2026 08:59

"Hellouin" bayramı, yoxsa milli kimliyimizə yad təbliğat?

Əsl azərbaycanlı obrazı necə olmalıdır? Bu gün cəmiyyət olaraq bu obrazın mahiyyətini və əsas xüsusiyyətlərini nə dərəcədə düzgün müəyyənləşdirə bilirik?

Əsl azərbaycanlı gəncinin yetişməsində onun biliyini artıran, dünyagörüşünü formalaşdıran bir sıra amillər mühüm rol oynayır. İzlədiyi filmlər, qoruyub yaşatdığı adət-ənənələr, oxuduğu kitablar və ona aşılanan mədəni dəyərlər bu formalaşmanın əsasını təşkil edir. Bəs görəsən, sadaladığımız dəyərlər gənc nəslə lazımi səviyyədə və düzgün şəkildə aşılanırmı?

Bu istiqamətdə diqqət yetirilməli olan ilk və ən mühüm təbliğat vasitələrindən biri də bayramlardır. Məsələn, Yeni il bayramını götürək. Azərbaycanda bu bayram yüksək səviyyədə qeyd olunur. Lakin həmin bayram çərçivəsində, xüsusilə də, milli kimliyimizlə uzlaşmayan, azərbaycançılıq düşüncəsinə zidd hesab edilən mədəniyyət nümunələri təbliğ olunur.

Digər diqqətçəkən məqamlardan biri də "Hellouin" bayramıdır. Bu bayram zamanı qorxulu obrazların, üzü-gözü kəsilmiş personajların uşaqlara təqdim edilməsi düşündürücü məqamdır. Sanki hələ formalaşma mərhələsində olan uşaq şüuruna şiddət, qorxu və qəddarlıq elementləri aşılanır. Burada başqa bir sual da ortaya çıxır: görəsən, "Hellouin"in vətəni hesab edilən ABŞ-də Azərbaycan bayramları da eyni səviyyədə qeyd olunurmu?

Məsələ ilə bağlı azərbaycanlı ziyalı, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov BTV Xəbərə fikirlərini bölüşüb.

“Mən onu tanımıram və bizə o bayramlar lazım deyil. Məsələn, Yeni ildə ata öz cibinin pulu ilə Şaxta Babanı gətirir ki, uşağını əyləndirsin. Bu, tamamilə bizə yaddır. Mənim Yeni ilim Bahar bayramıdır.

İki bayramımız var: biri Bahar, biri də Ramazan. Bəli, şəkərbura, paxlava bişirmək gözəldir. Amma ən çox narazı olduğum məqamlardan biri budur ki, uzun müddətdir mübarizə aparıram, dəfələrlə demişəm: Bahar bayramında Keçəl, Kosa gəlir. Biri pul yığır, o biri də bilinmir kişidir yoxsa arvaddır? Kosa da pul yığır. Türkdə heç vaxt dilənçilik olmayıb. Bunlar götürülməlidir.

15 sentyabr 1918-ci il Bakının bolşevik-daşnak işğalından azad edilməsi günüdür. Azərbaycan bayramı sentyabrın 15-i olmalıdır”,-deyə R. Mahmudov fikirlərini tamamlayıb.

Azərbaycançılıq yalnız milli kimliyimizi ifadə edən bir anlayış deyil, həm də tariximizə, dilimizə, adət-ənənələrimizə və mənəvi dəyərlərimizə sahib çıxmaq məsuliyyətidir; çünki öz milli kimliyini qoruyan xalq gələcəyini də qorumuş olur.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI:

31.10.2026 13:17 Təhsil

Zəbt olunan səkilər

31.10.2026 11:51 Cəmiyyət

Azərbaycan elminə ağır

31.10.2026 11:41 Cəmiyyət

Anbardar iş adamını aldatdı -

31.10.2026 10:43 Kriminal

Oktyabrın son gününün havası:

31.10.2026 09:51 Cəmiyyət

Süni intellektə görə işini itirənlər üçün alternativ peşələr

31.10.2026 09:47 Texnologiya

İnsan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizəyə dair təlim keçirib

30.10.2026 18:24 Cəmiyyət

Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib -

30.10.2026 18:20 Ana səhifə

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Lənkəranda müzakirə olunub -

30.10.2026 17:04 Cəmiyyət

Prezident kənd təsərrüfatı işçilərini təltif edib -

30.10.2026 17:00 Cəmiyyət

Şəkər süfrəmizə necə gəlir? İmişli Şəkər Zavodunda istehsalın pərdəarxası – REPORTAJ -

30.10.2026 17:00 Cəmiyyət

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

30.10.2026 16:44 Sağlamlıq

“Yapı Kredi Bank Azərbaycan”da

30.10.2026 16:18 İqtisadiyyat

Sakinlərdən yığılan ev pulu ilə bağlı açıqlama

30.10.2026 15:59 Cəmiyyət

Leysan Məmmədov niyə işdən qovuldu? —

30.10.2026 15:42 Gündəm

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

30.10.2026 15:08 Cəmiyyət

Məktəb direktoru xadimənin attestatını

30.10.2026 14:55 Təhsil

Bu cərimənin məbləği

30.10.2026 14:30 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək