Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu
Hadisə

"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu

Xpress.az Redaksiyası 29.10.2026 15:55

Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfindən saxlanılıb.

Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı müəyyən edilib.

M.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 15 sutka inzibati qaydada həbs edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək