Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Kontakt Home”un “Nova Credit”i yenə
“Kontakt Home”un “Nova Credit”i yenə
İqtisadiyyat

“Kontakt Home”un “Nova Credit”i yenə MƏHKƏMƏDƏ

Xpress.az Redaksiyası 02.11.2026 14:32

“Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Credit” daha bir neçə müştərisini paytaxtın Binəqədi rayonunda məhkəməyə verib. 

 “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC məhkəməyə müraciət edib və iddia ərizəsində göstərib ki, Əlaqəli Kredit Müqaviləsinə əsasən BOKT tərəfindən borcluya 6 ay müddətinə 495 manat məbləğində kredit verilib. Lakin müştəri kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməyib. 

Sözügedən BOKT daha bir müştərisinə qarşı 3311 manat məbləğində əsas borcun, 331 manat məbləğində dəbbə pulu borcunun, cəmi 3642 manat borcun və 56 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 

Məhkəmə hər iki iddia tələbini təmin edib. 

Qeyd edək ki, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət bundan əvvəl Sabirabad Rayon Məhkəməsində müştərilərinə qarşı pul tələbinə dair iddia qaldırmışdı, ona yaxın olan “ABC Telecom" isə Bakının Binəqədi, Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən , Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.

Xatırladaq ki, “Nova Credit” BOKT 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Həsən İsrafilzadədir. O “Kontakt Home” əmtəə nişanı ilə fəaliyyət göstərən “ABC Telekom” MMC-nin direktorudur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək