Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər...
Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər -
Ana səhifə

Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər - FOTO

Xpress.az Redaksiyası 05.11.2026 10:41

Şəki Xan sarayın ikinci mərtəbəsindəki döyüş səhnələrində soyuq və odlu silahlar yanaşı təsvir olunublar. Bu, təsvirlərdə silahlar köhnə ilə yeni zamana qarşı birlikdə savaşır.

Tarixi memarlıq abidəsi Şəki Xan sarayını ziyarət edən bəzi insanlar divar rəsmlərinə yalnız gözəl naxışlar kimi baxır. Ancaq bu rəsmlər sadəcə göz oxşamır, onlar həm də özlərində tarixi faktları ehtiva edirlər. Məsələn, ikinci mərtəbədəki salonun frizində əks olunmuş döyüş səhnələri XVIII əsrdə döyüşçülərin necə silahlanması, hansı silah növlərindən istifadə etməsi haqqında da geniş məlumat verir. Bir sözlə, bu təsvirlər dekorativ element olmaqla qalmır, silahşünaslıq və hərb tarixi üçün də mühüm vizual mənbə hesab olunur.

Sarayın ikinci mərtəbəsində mərkəzi salonun divarlarındakı 18 metr uzunluğunda frizin 4,34 metri ov, 13,66 metri isə döyüş səhnələrinə həsr olunub. İki fərqli hökmdarın başçılıq etdiyi, müxtəlif geyimli atlı dəstələr dalğalanan bayraqlar altında bir-birinə doğru irəliləyir. Hər iki tərəfdən artilleriya atəş açır, piyadalar əlbəyaxa vuruşur, yerdə ölənlərin cəsədləri və kəsilmiş başlar görünür, sahibini itirmiş atlar hürkərək qaçır.

Kompozisiyada iki hərbi birləşmənin cinahlardan mərkəzə doğru hərəkəti və toqquşma anı təsvir olunub. Döyüşün başlanğıcı göstərilsə də, nəticəsi qəsdən qeyri-müəyyən saxlanılıb.

Rəsmlərdə silahları şərti olaraq üç qrupa ayırmaq olar: soyuq silahlar, odlu silahlar və artilleriya. Soyuq silahlar arasında yay və ox xüsusi yer tutsa da onlar döyüş anında deyil, əsasən süvarilərin təchizatı kimi təqdim olunublar. Şərq frizində hökmdarı müşayiət edən zadəganların belindən asılmış oxdanlar qızılı işləmələri ilə xüsusi diqqət çəkir. Bu oxdanların bədii tərtibatı, üzərlərindəki nəbati ornamentlər onların sadəcə hərbi ləvazimat deyil, həm də sahibinin sosial mövqeyini və zövqünü ifadə edən əşyadır.

Soyuq silahlar arasında nizə və qılınc təsviri də az deyil. Uzun saplı, metal uclu nizələr əsasən süvarilər tərəfindən şaquli vəziyyətdə tutulub. Ucluqları uzunsov yarpaq formasındadır və saçaqvari elementlərlə bəzədilib.

Qılınclar bir-birinin təkrarıdır: əyri tiyəli, bir ağızlı. Dəstəklərin çoxu aslan və ya bəbir başı şəklindədir. Həm döyüşçülərin əlində, həm də bayraqların üzərində təsvir olunmuş qılınclar forma etibarilə şəmşiri xatırladır.

Soyuq silahların mövcud olduğu bir dönəmdə ondan müdafiə silahları da var idi. Belə ki, orta əsrlərdə zirehli geyim və dəbilqələr müdafiə geyimi və ya müdafiə silahı hesab olunurdu. Müdafiə silahları kompleksinə dəbilqə, zirehli əsləhə, əlavə  müdafiə elementləri sayılan sinəbənd, qalxan, qolçaq və ayaqlıqlar aiddir. XX əsrin əvvəllərində istifadədən çıxmış bu müdafiə geyim dəstinin çəkisi müxtəlif dövrlərdə ölçüsündən asılı olaraq 12-16 ilə 5-9 kiloqram arasında dəyişmişdir.

Odlu silahlar əsasən uzun lüləli tüfənglərdən ibarətdir. Onlar Səfəvilər dövrünün ən məşhur silahlarından olan, xanlıqlar dövründə Şəkidə də hazırlanıb işlədilən və xalq arasında “dayandoldurum” adlanan lülədən dolma çaxmaqlı tüfənglərdir. Bu ad silahın xüsusiyyətini əks etdirir: bir dəfəlik atəş üçün uyğun olan silahları atəş açmazdan əvvəl “dayanıb doldurmaq” lazım gəlirdi.

XVIII əsrdə Şəki xanlığı özü odlu silah istehsal edirdi. Əbəs yerə deyildir ki, o zamanlar Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqif “Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng” müxəmməsi ilə Şəki xanı Məhəmmədhüseyn xan Müştaqdan yaxşı bir tüfəng istəmişdir. Müştaq isə sarayında yaşayan şair Rəfae ilə birlikdə Vaqifə qızıl suyuna salınmış tüfəng və “Gəlmiş ol alicənabın qasidi istər tüfəng!” misrası ilə başlayan şeir göndərmişdi.

Rəsmlərdə təsvir olunan odlu silahlar arasında qısa lüləli, Qafqaz tipli çaxmaqlı tapançalar da yer alır. Döyüşçülərin kəmərindən asılmış buynuz formalı barıt qabları da bir növ silah təchizatına daxildir. Bu qabların barıt götürmək üçün böyük, silaha doldurmaq üçün isə kiçik dəliyi olurdu.

Sarayın həm Şərq, həm Qərb divar rəsmlərində artilleriya da yer alır. Təsvir olunan toplar uzun metal lülədən, iki iri taxta təkər üzərindəki lafetdən və arxa dayaqdan ibarətdir. Bu quruluş onları qala divarında sabit duran ağır toplardan fərqləndirir və döyüş meydanında daşınan sahə artilleriyası kimi xarakterizə etməyə imkan verir.

Rəssam bir tərəfdən qədim süvari silahlarını – nizə, qılınc və yayı – qoruyub saxladığı, digər tərəfdən tüfəng, tapança və topu daxil etdiyi döyüş səhnələri dövrün hərbi texnologiyası haqqında geniş məlumat əldə etməyə imkan verir. Müxtəlif odlu və soyuq silahların eyni səhnədə təsviri “köhnədən yeniyə” keçidi deyil, müxtəlif silah sistemlərinin uzun müddət yanaşı mövcud olduğu mürəkkəb tarixi mərhələni göstərir. Şəki Xan sarayının divarları beləliklə, həm sənət əsəri, həm də XVIII əsr Azərbaycan, bilavasitə Qafqaz və Şərq hərb mədəniyyətinin vizual tarixi göstəricisidir.

Zəminə Rəsulova

Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sökülən binaların sakinlərinə verilən mənzillər vergidən azad ediləcək

05.11.2026 11:49 İqtisadiyyat

​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

05.11.2026 11:43 Siyasət

Nərə və qızılbalıq istehsalçılarına şad xəbər:

05.11.2026 11:36 İqtisadiyyat

Onlayn ticarətə dair

05.11.2026 11:28 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

05.11.2026 11:06 Cəmiyyət

Gələn il üçün ehtiyac meyarı məlum olub

05.11.2026 11:01 İqtisadiyyat

FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb

05.11.2026 10:51 Cəmiyyət

Bakıda dünya çempionatının açılış mərasimi olub -

05.11.2026 10:22 İdman

İlham Əliyev beynəlxalq sammit iştirakçılarına müraciət ünvanlayıb

05.11.2026 10:17 Siyasət

Samvel Karapetyan 1 aylıq həbs edildi

05.11.2026 10:08 Dünya

Azərbaycan nefti xeyli ucuzlaşdı

05.11.2026 09:43 İqtisadiyyat

SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktiv alır

05.11.2026 09:21 İqtisadiyyat

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək