Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin sa...
Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb
Gündəm

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

Xpress.az Redaksiyası 05.11.2026 12:14

Azərbaycan Radiosu Azərbaycan ədəbi dilinin saflığının qorunmasında, orfoepik normalarının formalaşmasında və geniş xalq kütlələrinə aşılanmasında misilsiz rol oynayıb.

"Report" xəbər verir ki, bunu Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Radiosunun 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya" adlı elmi-praktik konfransdakı çıxışında deyib.

O bildirib ki, bu elmi-praktik konfrans yalnız keçmişə baxış və hesabat deyil, eyni zamanda, gələcəyin media mənzərəsini elmi müstəvidə müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir:

"Biz bu il radiomuzun yubiley tədbirlərinə Şuşa şəhərindən start vermişdik. Bu ilin iyul ayında Prezident İlham Əliyevin də iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan tədbirlərimizdən biri "Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Süni intellekt və yeni formatlar" mövzusuna həsr olunmuşdu. Tədbir yerli televiziya və radio kanallarımızla yanaşı, xarici qonaqların da diqqətini cəlb etmiş, maraqlı fikir mübadiləsi aparılıb"

Əhməd İsmayılov söyləyib ki, 1926-cı il noyabrın 6-da Bakı səmasında səslənən ilk efir dalğası sadəcə texniki bir uğur deyil, Azərbaycan xalqının ictimai, mədəni və mənəvi həyatında yeni bir intibah dövrünün başlanğıcı idi:

"Ötən bir əsr ərzində Azərbaycan Radiosu milli yaddaşımızın, mədəni irsimizin və mənəvi xəzinəmizin ən etibarlı qoruyucularından birinə çevrilib. Radionun efiri vasitəsilə görkəmli mütəfəkkirlərimizin, böyük ədiblərimizin və sənətkarlarımızın səsi hər bir azərbaycanlının evinə, qəlbinə daxil olub. Ən başlıcası isə Azərbaycan Radiosu zəngin tarixi inkişaf yolu boyunca ana dilimizin –Azərbaycan ədəbi dilinin saflığının qorunmasında, orfoepik normalarının formalaşmasında və geniş xalq kütlələrinə aşılanmasında misilsiz rol oynayıb".

O əlavə edib ki, vizual medianın geniş yayıldığı müasir dövrdə belə radio özünəməxsus kommunikasiya imkanlarını qoruyub saxlayır:

"Səs sənətinin möcüzəsi olan radio dinləyicisi ilə birbaşa, vasitəsiz emosional bağ qurur, insanın təxəyyül dünyasını hərəkətə gətirir və zamanın nəbzini tutmağa imkan verir. Bu gün konfransın proqramında əks olunan bölmələr də radionun çoxşaxəli və zəngin mahiyyətini əhatə edir. Birinci bölmədə müzakirə olunacaq "Azərbaycan radiosu: tarixi inkişaf və milli yaddaş" mövzusu radionun keçdiyi şərəfli yolu elmi aspektdən dəyərləndirməyə, tariximizin efir salnaməsini bir daha vərəqləməyə imkan yaradır. İkinci bölmədə yer alan "Radiojurnalistikanın elmi-nəzəri və metodoloji problemləri"mövzusu akademik mühitin media praktikasına verəcəyi töhfə baxımından olduqca vacibdir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Ərdoğan Azərbaycana gəlir

05.11.2026 12:00 Siyasət

Sökülən binaların sakinlərinə verilən mənzillər vergidən azad ediləcək

05.11.2026 11:49 İqtisadiyyat

​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

05.11.2026 11:43 Siyasət

Nərə və qızılbalıq istehsalçılarına şad xəbər:

05.11.2026 11:36 İqtisadiyyat

Onlayn ticarətə dair

05.11.2026 11:28 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

05.11.2026 11:06 Cəmiyyət

Gələn il üçün ehtiyac meyarı məlum olub

05.11.2026 11:01 İqtisadiyyat

FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb

05.11.2026 10:51 Cəmiyyət

Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər -

05.11.2026 10:41 Ana səhifə

Bakıda dünya çempionatının açılış mərasimi olub -

05.11.2026 10:22 İdman

İlham Əliyev beynəlxalq sammit iştirakçılarına müraciət ünvanlayıb

05.11.2026 10:17 Siyasət

Samvel Karapetyan 1 aylıq həbs edildi

05.11.2026 10:08 Dünya

Azərbaycan nefti xeyli ucuzlaşdı

05.11.2026 09:43 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək