Gündəm
Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək
Xpress.az Redaksiyası
05.11.2026 12:41
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak etmək üçün Antalyaya (Türkiyə) səfər etməyi planlaşdırır.
Bu barədə Baş nazir özü jurnalistlərə məlumat verib.
COP31 9-20 noyabr tarixlərində Antalya şəhərində keçiriləcək.