Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin tə...
Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -
Ana səhifə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub - FOTO

Xpress.az Redaksiyası 05.11.2026 16:43

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, 8 Noyabr - Zəfər Günü tədbirləri çərçivəsində, Xocalı soyqırımı zamanı qəhrəmancasına həlak olmuş şəhid Şöhrət Həsənova həsr edilən “Bir şəkil” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimatda Dövlət Komitəsinin rəsmi şəxsləri və əməkdaşları iştirak ediblər.

Xpress.az xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşdığını qeyd edib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda təhlükəsiz və ləyaqətli qayıdışı davam edir, indiyədək işğaldan azad edilmiş ərazilərdə 50-yə yaxın yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub.



Daha sonra “Bir şəkil” sənədli filmi nümayiş etdirilib. Ekran əsəri Xocalının blokadada olduğu ağır günlərdə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrində müstəsna xidmətlər göstərmiş Şöhrət Həsənovun ömür və döyüş yolundan bəhs edir. Filmdə onun Xocalıda həm qələmi, həm də silahı ilə mərdliklə mübarizə apardığı xüsusi vurğulanır.

“Bir şəkil” sənədli filminin layihə rəhbəri Xuraman Osmanova, ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi Orxan Aslandır.



Filmin nümayişindən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və “Bir şəkil” sənədli filminin ideya müəllifi və rejissoru Nicat Cəlilov çıxış edərək ekran əsərinin əhəmiyyəti, ərsəyə gəlmə prosesi və filmlə bağlı təəssüratlarını bölüşüblər.



Qeyd edək ki, şəhid Şöhrət Həsənov 1944-cü il dekabrın 23-də Xocalı rayonunda anadan olub. Şərəfli ömür yolu keçərək uzun müddət müxtəlif məsul vəzifələrdə, Xocalı soyqırımı baş verən vaxtlarda isə Rayon İcra Hakimiyyətində çalışıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu zamanı dinc əhalinin xilas edilməsi üçün son anadək döyüşüb. Döyüşlər zamanı düşmən tərəfindən işgəncələrlə qətlə yetirilərək şəhadətə qovuşub. Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır. O, göstərdiyi fədakar xidmətlərə və şücaətə görə “İgidliyə görə” medalı ilə təltif edilib.



Xatırladaq ki, sənədli filmin ilkin təqdimatı ötən həftə Nizami Kino Mərkəzində şəhidin yaxınlarının, rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Ərdoğan Azərbaycana gəlir

05.11.2026 12:00 Siyasət

Sökülən binaların sakinlərinə verilən mənzillər vergidən azad ediləcək

05.11.2026 11:49 İqtisadiyyat

​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

05.11.2026 11:43 Siyasət

Nərə və qızılbalıq istehsalçılarına şad xəbər:

05.11.2026 11:36 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək