Dünya
Bu türk ölkəsi eneji içkilərini qadağan edir
Xpress.az Redaksiyası
05.11.2026 17:58
Qırğızıstan Prezidenti Sadır Japarov hökumətə enerji içkilərinin istehsalının və idxalının tamamilə qadağan edilməsi imkanını nəzərdən keçirməyi tapşırıb.
Bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Tapşırığa əsasən, növbəti altı ay ərzində Nazirlər Kabineti qanunvericilik çərçivəsində müvafiq tədbirlər görməlidir.
Qeyd olunub ki, Japarovun təşəbbüsü enerji içkilərinin əhalinin sağlamlığına təsiri ilə bağlı narahatlıqlardan irəli gəlir.