Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Bir neçə rayona qar yağıb -
Bir neçə rayona qar yağıb -
Hadisə

Bir neçə rayona qar yağıb - Hündürlük 15 sm

Xpress.az Redaksiyası 06.11.2026 09:55

Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) qar yağıb.

Xpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 6-sı saat 9:00-a olan məlumatda qeyd olunub.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarına gəldikdə, Astarada 39, Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam, Beyləqanda 18, Zərdab, Altıağacda 17, Qobustan, Kürdəmir, Sarıbaşda (Qax)16, Saatlıda 15, Sabirabad, Gədəbəydə 14, Göyçayda 13, Qəbələ, Tovuzda 12, İmişli, Tərtərdə 11, Bərdə, İsmayıllıda 10, Göygöldə 9, Şabran, Sədərək, Gəncə, Şahbuzda 8, Ağstafa, Şəmkir, Naxçıvanda 7, Naftalan, Cəlilabad, Lerik, Yardımlıda 6, Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala, Cəbrayılda 1-5 mm-dir.

Noyabrın 5-də bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə 16 m/s-dək güclənib.

Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Şamaxı, Sabirabad, İmişli, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək