Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçiril...
Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -
Gündəm

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi - FOTO

Xpress.az Redaksiyası 06.11.2026 15:58

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.

Xpress.az xəbər verir ki, bulvar ərazisində baş tutan aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Genişmiqyaslı aksiya çərçivəsində bulvar ərazisində 2250 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların dibləri yumşaldılıb, suvarma və digər zəruri qulluq işləri həyata keçirilib. 

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin ildönümünə həsr olunan aksiya həm də özündə xüsusi rəmzi məna daşıyır. Əkilən hər bir ağac Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, doğma torpağa sevginin, sülhün və gələcəyə inamın ifadəsidir.

Bununla yanaşı, Sumqayıt bulvarı ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası da keçirilib. Aksiya çərçivəsində vətəndaşlar plastik və şüşə tullantıları, eləcə də işlənmiş batareyaları təhvil verərək əvəzində müxtəlif ağac tingləri əldə ediblər. Tədbirin əsas məqsədi tullantıların çeşidlənməsi və təkrar emalının təşviqi, əhalinin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin artırılmasına ictimai dəstəyin gücləndirilməsi olub.

Qeyd edək ki, son illər Sumqayıt şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi və şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə Xəzər dənizinin sahilboyu ərazisində salınmış Sumqayıt bulvarının yaşıllaşdırılması, yeni ağac və dekorativ bitkilərin əkilməsi, mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına, sakinlərin istirahəti üçün daha əlverişli şəraitin yaradılmasına və Sumqayıtın müasir, yaşıl şəhər kimi inkişafına mühüm töhfə verir.







Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək