20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi
20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü böyük sevinc, qürur və vətənpərvərlik ruhunda qeyd ediblər.
Sinif rəhbəri Xumar Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir yüksək səviyyədə hazırlanıb. Balaca məktəblilər Vətənə, dövlətə, bayrağımıza və Zəfər tariximizə olan sevgilərini müxtəlif çıxışlar, şeirlər və təqdimatlarla nümayiş etdiriblər.
Tədbir boyunca şagirdlərin ifasında səslənən şeirlər, nümayiş etdirdikləri hazırlıq və səmimi vətənpərvərlik duyğuları xüsusi diqqət çəkib.
Bu cür tədbirlər böyüməkdə olan nəslin milli ruhda tərbiyə olunması, tariximizin, qəhrəmanlıq salnaməmizin və Zəfərimizin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyır.
Xumar Əliyevaya və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür düşür. Çünki Zəfər tarixini uşaqlara sevdirmək həm də gələcəyin vətəndaşlarını yetişdirməkdir.
Zəfərimiz qürurumuz, gələcəyimiz əmanətimizdir!