“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” - TƏQDİMAT + FOTO/VİDEO
Sentyabrın 28-də Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunda “Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” adlı kitabın təqdimat mərasimi keçirilib.
Xpress.az xəbər verir ki, kitabın müəllifləri qoruğun memarı Sehran Məmmədov və elmi işçisi Zəminə Rəsulovadır. Onlar bu əsərdə Şəkiyə məxsus memarlıq irsinin ən görkəmli cəhətlərindən birini - fasad naxışlarını sistemli şəkildə araşdırıblar.

Təqdimat mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhər ictimaiyyətinin nümayəndələri, elm adamları, mütəxəssislər və qoruq əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kitabın “Şəhərsalma və Memarlıq İli”ndə Azərbaycan memarlığı üçün dəyərli töhfə olduğunu qeyd edərək, müəlliflərə bu sahədə işləri davam etdirməyi tövsiyə edib.
“Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov və digər çıxış edənlər kitabın ərsəyə gəlməsi münasibətilə təbrik edərək onlara gələcək tədqiqatlarında uğurlar arzulayıblar.

Çıxış edən müəlliflər vurğulayıblar ki, Şəki memarlığını digər regionların məmarlığından fərqləndirən əsas xüsusiyyətlərdən biri fasad tərtibatıdır. Kitabda bu özünəməxsus üslub müxtəlif real nümunələr əsasında ətraflı təqdim olunur.
Kitab həm memarlıq sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, həm də Şəkinin tarixi-mədəni irsinə maraq göstərən hər kəs üçün dəyərli mənbədir.