Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycan və Qazaxıstan arasındakı fiber-optik xə...
Azərbaycan və Qazaxıstan arasındakı fiber-optik xətt nə vaxt istifadəyə verilir?
İqtisadiyyat

Azərbaycan və Qazaxıstan arasındakı fiber-optik xətt nə vaxt istifadəyə verilir?

Xpress.az Redaksiyası 01.10.2026 14:25

Rəqəmsal bağlantı regional əməkdaşlıq üçün mühüm istiqamətdir. Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir.

Xpress.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda deyib.

Nazirin sözlərinə görə, bu xətt Avropa ilə Asiya arasında yüksəktutumlu yeni bağlantı yaradacaq.

Mikayıl Cabbarov Cənubi Qafqaz və Mərkəzi Asiyanın münasibətlərində ortaq gələcək perspektivi xüsusilə aydın göründüyünü qeyd edib: “Biz uzun illərdir bu regional arxitekturanın bir hissəsinə çevrilmişik. Qeyd etdiyim kimi, siyasi ölçü 2025-ci ilin noyabrında Daşkənddə daha da dərinləşdi. Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakçı oldu və bununla Mərkəzi Asiyadan kənar ilk ölkəyə çevrildi”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək