Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ombudsman aparatında yoxlama:
Ombudsman aparatında yoxlama:
Gündəm

Ombudsman aparatında yoxlama: 12 min manat maaş...

Xpress.az Redaksiyası 01.10.2026 15:37

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb.

Bu barədə Modern.az-a palatadan bildirilib.

Məlumata görə, bu barədə qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş geniş tərkibdə kollegiya iclasında məlumat verilib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Ombudsmanın zəruri tədbirlər görməsinə dair qərarlar qəbul olunub.

Xatırladaq ki, hazırda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. Ötən gün parlament İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib (əvvəl 3 060 manat təşkil edirdi).

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək