Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bakıda altı ildir tikilən yeni bazar
Bakıda altı ildir tikilən yeni bazar
Ana səhifə

Bakıda altı ildir tikilən yeni bazar BELƏ OLACAQ - FOTO

Xpress.az Redaksiyası 01.10.2026 17:04

Paytaxtın Nəsimi rayonundakı məşhur “Təzə bazar”da yenidənqurma işləri davam etdirilir. Həmin ərazidə düz altı ildir ki, daha müasir və standartlara cavab verən yeni bazar tikilir.

Xpress.az xəbər verir ki, müasir “Təzə bazar” layihəsi Bakının tarixi bazar ənənəsini müasir yanaşma ilə yenidən şəhər həyatına qazandırmağı hədəfləyir.

Nəsimi rayonunda, əvvəlki bazarın yerində yerləşəcək beş mərtəbəli kompleks ticarət, qastronomiya və ictimai məkanı bir araya gətirərək şəhər sakinləri və qonaqlar üçün yeni görüş nöqtəsinə çevriləcək.

Şərq memarlığı üslubunda layihələndirilən kompleksdə geniş yaşıllıq sahələri də nəzərdə tutulub.

Hazırda “PMD Projects” tərəfindən layihə çərçivəsində dəmir-beton işləri davam etdirilir. Layihə “PMD Group”un sifarişi ilə “PMD Projects” tərəfindən icra olunur. Tikinti işlərinin 2028-ci ildə yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, paytaxtın Səməd Vurğun, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrini əhatə edən ticarət obyekti ötən əsrdə istifadəyə verilib. 2020-ci ilin noyabr ayından etibarən bu bazarda söküntü işlərinə başlanılıb. Bazarda ticarətlə məşğul olan sahibkarlar paytaxtın müxtəlif ünvanlarında yerləşən bazarlara köçürülüblər.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək