Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azad olunan ərazilərdə yaşayanların nəzərinə:
Azad olunan ərazilərdə yaşayanların nəzərinə:
Cəmiyyət

Azad olunan ərazilərdə yaşayanların nəzərinə: İşə qəbul elan edilir

Xpress.az Redaksiyası 01.10.2026 13:31

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilir.

Xpress.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.

Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər.

Müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçim etdiyi vakant vəzifəyə təyinat alacaq.

Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi xahiş olunur.

Qeydiyyatın son tarixi:
05.10.2026-cı il, saat 10:00
Qeydiyyat linki: https://forms.gle/FyrS2vDSvU2ZYPGF9

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək