Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
İqtisadiyyat

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Xpress.az Redaksiyası 30.09.2026 13:49

Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin "Silk Road Fund" (SRF) ilə Birgə İnvestisiya Fondu yaradır.

Bu barədə AİH-dən bildirilib.

Məlumata görə, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Bu yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq.

Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar.

Fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində mühüm addımdır. AİH və SRF Fond çərçivəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rusiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30.09.2026 21:00 Dünya

Burada çoxunun gözü qapıdadır... -

30.09.2026 20:02 Cəmiyyət

Daha bir "Flydubai" təyyarəsi qəfil istimaqətini dəyişdi:

30.09.2026 18:44 Dünya

Sumqayıt-Bakı xəttində AVTOBUS MƏŞƏQQƏTİ:

30.09.2026 17:59 Cəmiyyət

Həkimi döydü, xadimənin sümüyünü sındırdı

30.09.2026 17:46 Hadisə

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı”

30.09.2026 17:34 İqtisadiyyat

CENTCOM:

30.09.2026 17:14 Dünya

Azərbaycan və Özbəkistan "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalayıb

30.09.2026 17:03 Siyasət

Azərbaycanın turizm potensialı Brüsseldə beynəlxalq sammitdə təqdim olunub -

30.09.2026 16:46 Ana səhifə

Azərbaycan insansız özüyeriyən silahlı platforma istehsal edib

30.09.2026 16:42 Gündəm

Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən

30.09.2026 16:38 Gündəm

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30.09.2026 15:36 Siyasət

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

30.09.2026 14:37 Dünya

Azərbaycanın KASIRGA şaquli qalxışlı kamikadze PUA-sı ilk dəfə görüntülənib

30.09.2026 13:29 Gündəm

Sabah yağış yağacaq -

30.09.2026 12:45 Cəmiyyət

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

30.09.2026 12:29 Siyasət

Bolqarıstanda klub prezidenti güllələnib

30.09.2026 12:18 Dünya

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

30.09.2026 12:00 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək