Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
Siyasət

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Xpress.az Redaksiyası 30.09.2026 12:00

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Paytaxtdan səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Bu gün Cəbrayılın Şükürbəyli kəndi 9 ailə olmaqla daha 60 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib.

Bununla yanaşı, kənddə 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rusiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30.09.2026 21:00 Dünya

Burada çoxunun gözü qapıdadır... -

30.09.2026 20:02 Cəmiyyət

Daha bir "Flydubai" təyyarəsi qəfil istimaqətini dəyişdi:

30.09.2026 18:44 Dünya

Sumqayıt-Bakı xəttində AVTOBUS MƏŞƏQQƏTİ:

30.09.2026 17:59 Cəmiyyət

Həkimi döydü, xadimənin sümüyünü sındırdı

30.09.2026 17:46 Hadisə

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı”

30.09.2026 17:34 İqtisadiyyat

CENTCOM:

30.09.2026 17:14 Dünya

Azərbaycan və Özbəkistan "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalayıb

30.09.2026 17:03 Siyasət

Azərbaycanın turizm potensialı Brüsseldə beynəlxalq sammitdə təqdim olunub -

30.09.2026 16:46 Ana səhifə

Azərbaycan insansız özüyeriyən silahlı platforma istehsal edib

30.09.2026 16:42 Gündəm

Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən

30.09.2026 16:38 Gündəm

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30.09.2026 15:36 Siyasət

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

30.09.2026 14:37 Dünya

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 13:49 İqtisadiyyat

Azərbaycanın KASIRGA şaquli qalxışlı kamikadze PUA-sı ilk dəfə görüntülənib

30.09.2026 13:29 Gündəm

Sabah yağış yağacaq -

30.09.2026 12:45 Cəmiyyət

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

30.09.2026 12:29 Siyasət

Bolqarıstanda klub prezidenti güllələnib

30.09.2026 12:18 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək