Azərbaycan insansız özüyeriyən silahlı platforma istehsal edib
Azərbaycan insansız hərəkət edən silahlı özüyeriyən platforma istehsal edib.
2026-cı il istehsalı olan SIQR01 və SIQR02 robotlar ilk dəfə ADEX-2026 nümayişə çıxarılıb.
Tırtıllı şassi üzərində qurulan pilotsuz yerüstü platforma əsasən ərazi üzrə hərəkət, yük daşınması, müşahidə və müxtəlif xüsusi təyinatlı avadanlıqların daşınması üçün nəzərdə tutulub.
Kataloqda yer alan məlumatlara görə, platformanın uzunluğu 2 metr, eni 1,2 metr, hündürlüyü isə 0,6 metrdir. Yüksüz çəkisi təxminən 950 kiloqram, maksimal faydalı yük qabiliyyəti isə 600 kiloqramdan çoxdur. Robot saatda təxminən 12 kilometr sürətlə hərəkət edə və 5 saatdan artıq işləyə bilir.