Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan və Özbəkistan "İkitərəfli Hərbi Əməkdaş...
Azərbaycan və Özbəkistan "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalayıb
Siyasət

Azərbaycan və Özbəkistan "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalayıb

Xpress.az Redaksiyası 30.09.2026 17:03

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində keçirilən görüşlər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb.

Xpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Z.Həsənov iki ölkə arasında hərbi əməkdaşlığın dostluq, qardaşlıq, müttəfiqlik, tarixi və mədəni köklərə əsaslandığını bir daha vurğulayaraq, münasibətlərimizin müsbət inkişafında qarşılıqlı səfərlərin və səmimi görüşlərin əhəmiyyətini ifadə edib.

Qardaş ölkəyə səfərdən məmnunluğunu bildirən general-leytenant Ş.Xalmuxamedov beynəlxalq tədbirlərdə və birgə təlimlərdə hərbi qulluqçularımızın iştirakını, qarşılıqlı təcrübə mübadiləsini, dostluq əlaqələri qurmasını əməkdaşlığın genişlənməsində müsbət fakt olaraq qeyd edib, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə general-polkovnik Z.Həsənova dərin minnətdarlığını bildirib.

Tərəflər iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı söhbət ediblər.

Sonda Azərbaycan ilə Özbəkistan Müdafiə nazirlikləri arasında 2027-ci ilə dair "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək