Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Qarabağa Qayıdış – İlk Texnika Festivalı”
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı”
İqtisadiyyat

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Xpress.az Redaksiyası 30.09.2026 17:34

zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə göstərdiyi daimi diqqət və qayğı nəticəsində Qarabağ torpaqlarında yenidən həyat qaynayır, əkin sahələri canlanır.

Bu gün Zəngilan rayonunun Ağalı kəndində Kənd Təsərrüfatı Nazirliyinin və “Prior Lizinq” MMC-nin təşkilatçılığı, Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib.

Qarabağda ilk dəfə keçirilən texnika festivalı müasir aqrotexnikaların sərgisi, fermerlər üçün xüsusi imkanlar, yerli məhsulların nümayişi və əyləncəli proqramlardan ibarət olub.

Tədbirin əsas məqsədi Qarabağda fəaliyyət göstərən fermerlərin ehtiyaclarını yaxından dinləmək və onların qabaqcıl kənd təsərrüfatı texnikalarına çıxış imkanlarını genişləndirməkdir. Festival çərçivəsində fermerlər “New Holland”, “Lovol”, “Solis”, “Väderstad”, “Maschio Gaspardo”, “Agrotech”, “Parlayan” və “Abollo” kimi dünya brendlərinin texnikaları ilə əyani tanış olub, mütəxəssislər tərəfindən texnikaların imkanları təqdim edilib və suallar cavablandırılıb.

Dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli dəstək, eləcə də aqrotexnika təminatında tətbiq edilən güzəşt və subsidiyalar regionda kənd təsərrüfatının sürətli inkişafını təmin edir.

“Prior Leasing” MMC də öz növbəsində “Böyük Qayıdış” proqramına öz töhfəsini vermək, tarixi torpaqlarımızın canlandırılmasını və yerli məşğulluğu təşviq etmək məqsədilə bölgəyə köç edən və fəaliyyət göstərən sakinlərə xüsusi şərtlər təklif edir:

Xüsusi lizinq imkanları: Texnikalar 40% dövlət subsidiyası, ilkin ödənişsiz və 7 ilədək faizsiz lizinq şərtləri ilə təqdim olunur.

Aqrotexniki dəstək və təlimlər: Texnikalardan daha səmərəli istifadə olunması üçün fermerlərə 3–6 aylıq operator təlimləri və aqrotexniki dəstək xidmətləri göstərilir.

Festival yalnız texnika nümayişi ilə məhdudlaşmayıb. Tədbir boyu müxtəlif yarışlar, maraqlı əyləncə proqramları təşkil olunub və uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rusiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30.09.2026 21:00 Dünya

Burada çoxunun gözü qapıdadır... -

30.09.2026 20:02 Cəmiyyət

Daha bir "Flydubai" təyyarəsi qəfil istimaqətini dəyişdi:

30.09.2026 18:44 Dünya

Sumqayıt-Bakı xəttində AVTOBUS MƏŞƏQQƏTİ:

30.09.2026 17:59 Cəmiyyət

Həkimi döydü, xadimənin sümüyünü sındırdı

30.09.2026 17:46 Hadisə

CENTCOM:

30.09.2026 17:14 Dünya

Azərbaycan və Özbəkistan "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalayıb

30.09.2026 17:03 Siyasət

Azərbaycanın turizm potensialı Brüsseldə beynəlxalq sammitdə təqdim olunub -

30.09.2026 16:46 Ana səhifə

Azərbaycan insansız özüyeriyən silahlı platforma istehsal edib

30.09.2026 16:42 Gündəm

Azərbaycanın PUA-ları aşkarlayıb müdaxilə edən

30.09.2026 16:38 Gündəm

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30.09.2026 15:36 Siyasət

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

30.09.2026 14:37 Dünya

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 13:49 İqtisadiyyat

Azərbaycanın KASIRGA şaquli qalxışlı kamikadze PUA-sı ilk dəfə görüntülənib

30.09.2026 13:29 Gündəm

Sabah yağış yağacaq -

30.09.2026 12:45 Cəmiyyət

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

30.09.2026 12:29 Siyasət

Bolqarıstanda klub prezidenti güllələnib

30.09.2026 12:18 Dünya

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

30.09.2026 12:00 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək