Daha bir "Flydubai" təyyarəsi qəfil istimaqətini dəyişdi: Nə baş verir?
Dubaydan Təl-Əvivə uçan daha bir "Flydubai" reysi uçuşun ortasında geri dönüb və eyni aviaşirkətin təyyarəsi ilə bağlı baş verən insident fonunda Dubaya qayıdıb.
Bunu "Flightradar24" xidmətinin məlumatları göstərir.
Söhbət yerli vaxtla saat 12:36-da (Bakı vaxtı ilə eynidir - red.) gözləniləndən gec yola düşən Dubaydan uçan "FZ1081" reysindən gedir.
İzləmə məlumatlarına görə, təyyarə artıq Təl-Əviv istiqamətində 1300 km-dən çox uçduğu halda sonradan "Dubaya qayıdır" statusu alıb və İraq-Səudiyyə Ərəbistanı sərhədi yaxınlığında geri dönüb.
Lakin bir müddət sonra təyyarənin marşrutu yenidən dəyişdirilib və Təl-Əvivə uçan təyyarə kimi qeydə alınıb, Ben-Qurion hava limanına yerli vaxtla saat 14:47-də çatacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl "Flydubai" şirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsi pilot kabinəsində baş verən pilotlar arasında qanlı dava səbəbindən istiqamətini dəyişib və Təl-Əviv əvəzinə Səudiyyə Ərəbistanına doğru uçub. Daha sonra Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərinin hava limanına təhlükəsiz eniş edib.