Hadisə
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı...
Xpress.az Redaksiyası
05.10.2026 18:00
Bakıda qətl hadisəsi baş verib.
Hadisə Nizami rayonu ərazisində yerləşən məktəbin yaxınlığında baş verib.
Məlumata görə, 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb.
Əməli törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.