Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Bakıda köşk yanıb,
Bakıda köşk yanıb,
Hadisə

Bakıda köşk yanıb, 58 yaşlı kişi ölüb

Xpress.az Redaksiyası 03.10.2026 10:42

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib.

Bu barədə Xpress.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.

Köşk yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək