Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Dünya

Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Xpress.az Redaksiyası 03.10.2026 12:17

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir.

Bunu "Messina Group" konsaltinq şirkətinin sorğusunun nəticələri göstərir.

Sorğuda 11 460 britaniyalı iştirak edib.

Respondentlərin təxminən üçdə biri hesab edir ki, Aİ-yə qayıtmazdan əvvəl ayrıca referendumun keçirilməsi vacibdir. 48,2 % Böyük Britaniyanın Avropa İttifaqı ilə mövcud münasibətlərinin qorunub saxlanılmasının, lakin mümkün qədər çox ticarət maneəsinin aradan qaldırılmasının lehinə, 20,9 % isə əleyhinə isə çıxış edib. Gömrük ittifaqının lehinə 47,1 %, əleyhinə isə 20,7 % səs verib.

Vahid bazara qoşulmağı və assosiativ üzvlüyü respondentlərin müvafiq olaraq 45,1 %-i və 45,5 %-i, mövcud münasibətlərin qorunub saxlanılmasını isə 42 %-i dəstəkləyib.

Böyük Britaniyanın Aİ-dən daha da uzaqlaşmasını yalnız 27,9 % dəstəkləyib, 41,2 % isə bunun əleyhinə çıxış edib.

Sorğuda iştirak edənlərin 25,9 %-i ölkənin dərhal yenidən Aİ-yə qoşulmasına tərəfdar olduğunu bildirib, 22,9 %-i bunun növbəti üç il ərzində, 8,4 %-i isə növbəti onillik ərzində baş verməli olduğunu hesab edir.

"Brexit"in uğur, yoxsa uğursuzluq olduğu ilə bağlı suala cavabında 12,2 % bunun uğur, 54,9 % uğursuzluq olduğunu bildirib, 23,2 % qərarsız qalıb, 9,7 % isə cavab verməkdə çətinlik çəkib.

Araşdırmaya əsasən, Börnhemin yeni referendum keçirməyi təklif edəcəyi və Avropa İttifaqına qayıtmağı dəstəkləyəcəyi halda Böyük Britaniyanın Aİ ilə münasibətlərinin şərtlərinin yenidən nəzərdən keçirilməsi Leyboristlər partiyasına verilən səslərin payını 7 faiz bəndi artıra bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək