Hadisə
Metroda halı pisləşən kişi öldü
Xpress.az Redaksiyası
03.10.2026 17:20
Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib.
Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib.
Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.