Cəmiyyət
Qubada ilk qar yağıb
Xpress.az Redaksiyası
03.10.2026 10:05
Havanın kəskin dəyişməsi nəticəsində oktyabrın 3-ü gecə saatlarından başlayaraq şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.
Xpress.az xəbər verir ki, Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır. Yerli sakinlərin sözlərinə görə, kənddə qar yağması hazırda da davam edir.
Bu, cari ilin bölgəyə yağan ilk qardır.