Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdi...
Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi
Cəmiyyət

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi

Xpress.az Redaksiyası 02.10.2026 15:30

Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.

Bu barədə Xpress.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.

Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.

Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək