Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Zakir Həsənov və Yaşar Güler
Zakir Həsənov və Yaşar Güler
Gündəm

Zakir Həsənov və Yaşar Güler "ADEX 2026"da

Xpress.az Redaksiyası 02.10.2026 16:28

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi haqqında qonaqlara geniş məlumat verilib. Burada "ADEX 2026" sərgisiylə yanaşı olaraq həmçinin "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də fəaliyyət göstərir.

Müdafiə nazirləri sərgidə nümayiş olunan aviasiya texnikası və pilotsuz sistemlər, aerokosmik, kiber təhlükəsizlik və mühafizə sistemləri, eləcə də digər xüsusi hərbi texnologiyalarla tanış olublar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək