Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Leysan, güclü külək, qar -
Leysan, güclü külək, qar -
Cəmiyyət

Leysan, güclü külək, qar - SABAHIN HAVASI

Xpress.az Redaksiyası 02.10.2026 14:52

Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xpress.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, ayın 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 768 civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 16-20, dağlarda 2-5, gündüz 5-8 dərəcə isti olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək