Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçilərinin buraxdığı ballistik raket 700 km-dən çox məsafə qət edib.
Bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Buraxılışla əlaqədar Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi təcili müşavirə keçirib və silahlı qüvvələrin cavab tədbirlərinə hazırlığı yoxlanılıb. Rəsmilər həmçinin buraxılışın təhlükəsizliyə təsirini qiymətləndiriblər.
"Ballistik raketlərin buraxılması nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, həm də mövcud vəziyyətin yaxşılaşmasına kömək etmir. Belə hərəkətləri dayandırmağa təkidlə çağırırıq", - Prezident Administrasiyasından bildirilib.