Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun an...
Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir
Mədəniyyət

Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir

Xpress.az Redaksiyası 05.10.2026 17:47

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ildə görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir.

Yubiley çərçivəsində Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli xalçaçı-rəssam, sənətşünas alim, Azərbaycan xalçaçılıq elminin banilərindən biri Lətif Kərimovun 120 illiyinə həsr olunmuş Azərbaycan xalçaları sərgisi təşkil edilib. Vyanada keçirilən sərgi Azərbaycan xalça sənətinin zəngin irsinin beynəlxalq auditoriyaya daha yaxından təqdim olunmasına xidmət edir.

Azərbaycan Mədəniyyət Mərkəzi və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan sərginin açılış mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan icmasının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Lətif Kərimovun Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, görkəmli sənətkarın zəngin yaradıcılıq və elmi irsi Azərbaycan xalçaçılıq ənənələrinin öyrənilməsi, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb. Onun fəaliyyəti milli xalça sənətinin elmi əsaslarla tədqiqinə, ayrı-ayrı xalça məktəblərinin və ornament sistemlərinin təsnifatına əhəmiyyətli töhfə verib.

Daha sonra çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçasının xalqın çoxəsrlik tarixini, dünyagörüşünü, estetik zövqünü və mədəni yaddaşını özündə yaşadan mühüm milli irs nümunəsi olduğunu diqqətə çatdırıb. O,

Azərbaycan xalçaçılıq ənənələrinin qorunması, yaşadılması və beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətindən bəhs edib, Lətif Kərimovun bu sənətin inkişafında və elmi şəkildə öyrənilməsində əvəzsiz rolunu vurğulayıb.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən “Azərxalça” ASC-yə məxsus xalçalar nümayiş etdirilib, onların ornamentləri, kompozisiyası, rəng həlli və toxuculuq xüsusiyyətləri barədə məlumat verilib.

Sərginin xüsusi maraq doğuran hissələrindən biri Azərbaycan xalçaçılıq sənətinin canlı nümayişi olub. Azərbaycandan Vyanaya gəlmiş xalçaçı ustad dəzgah arxasında ənənəvi xalça toxuma prosesini nümayiş etdirib və ziyarətçilərə ilmənin vurulma qaydasını göstərib.

Qonaqlar da dəzgah arxasına keçərək xalçaya ilmə vurmağı sınamaq və bu qədim sənətin yaradılma prosesinin bir hissəsinə çevrilmək imkanı əldə ediblər.

Sərginin daha geniş auditoriyaya əlçatanlığını təmin etmək məqsədilə xüsusi elektron platforma da hazırlanıb. Burada Azərbaycan xalçaçılığının tarixi, Lətif Kərimovun həyat və yaradıcılığı, Azərbaycanın əsas xalçaçılıq məktəbləri, sərgidə nümayiş etdirilən nümunələr, onların ornament və toxuculuq xüsusiyyətləri barədə məlumatlar Azərbaycan, alman, ingilis, italyan, türk və rus dillərində təqdim olunub.

Sərgi Avstriyanın ən böyük mədəniyyət layihələrindən biri olan “ORF Lange Nacht der Museen” (“Muzeylərin uzun gecəsi”) festivalı çərçivəsində də geniş auditoriyaya təqdim edilib.Oktyabrın 3-də keçirilən festival zamanı Avstriya üzrə yüzlərlə muzey və mədəniyyət müəssisəsi saat 18:00-dan gecə yarısınadək ziyarətçilər üçün açıq olub. Festivalın vahid bileti ilə iştirakçılar proqramda yer alan müxtəlif muzey və mədəniyyət məkanlarını ziyarət etmək imkanı əldə ediblər.

Balaca ziyarətçilər üçün xüsusi proqram hazırlanıb. Uşaqlara Azərbaycan xalçalarının ənənəvi ornament və naxışları əsasında hazırlanmış rəngləmə materialları təqdim olunub.

Bununla yanaşı, xalça toxuma prosesində iştirak edən uşaqlara kiçik toxuculuq dəzgahları hədiyyə edilib. Beləliklə, onlar Azərbaycan xalça sənəti ilə yalnız sərgi nümunələri vasitəsilə deyil, yaradıcı və praktiki şəkildə də tanış olmaq imkanı qazanıblar.

Azərbaycan Mədəniyyət Mərkəzi artıq dördüncü ildir ki, “ORF Lange Nacht der Museen layihəsində iştirak edərək Azərbaycan mədəniyyətini geniş Avstriya ictimaiyyətinə təqdim edir. Bu il festival çərçivəsində Mədəniyyət Mərkəzini 400-dən çox qonaq ziyarət edib.

Bununla da Mərkəzin layihədə iştirak etdiyi dörd il ərzində ən yüksək ziyarətçi göstəricisi qeydə alınıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

05.10.2026 19:36 Təhsil

Bakıda məktəbli qətlə yetirilib,

05.10.2026 18:00 Hadisə

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak edib -

05.10.2026 17:41 Gündəm

Rusiya Xarkovu vurdu:

05.10.2026 17:11 Dünya

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək -

05.10.2026 16:53 Cəmiyyət

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılışını izləyib

05.10.2026 16:43 Siyasət

Ad günündə özünə bahalı “Ferrari” hədiyyə etdi

05.10.2026 16:25 İdman

Bakıda torpaq sahələrinin qiyməti 17 % artıb -

05.10.2026 16:05 İqtisadiyyat

Siyəzəndə narkotiklə bağlı 14 nəfər tutulub

05.10.2026 15:51 Hadisə

Tanınmış aktyor vəfat etdi

05.10.2026 15:04 Dünya

Beynəlxalq Müəllimlər Günü Mingəçevir Dövlət Universitetində yeni tədris imkanları ilə qeyd olunub: Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub

05.10.2026 13:51 Təhsil

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

05.10.2026 13:40 Gündəm

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

05.10.2026 13:23 Siyasət

Tarixin səssiz qadınları: Meri Anderson və Şarlotta Bridqvud -

05.10.2026 13:14 Maraqlı

Sabah Bakıya yağış yağacaq

05.10.2026 12:50 Cəmiyyət

İlham Əliyev Avstriya səfirini qəbul edib

05.10.2026 12:23 Siyasət

İsraildə bayraqlar yarıya endirildi

05.10.2026 11:32 Dünya

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır

05.10.2026 11:17 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək