Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Rahat” marketdə mallar üzərindəki qiymətdən baha...
“Rahat” marketdə mallar üzərindəki qiymətdən baha satılıb -
Cəmiyyət

“Rahat” marketdə mallar üzərindəki qiymətdən baha satılıb - Dövlət Agentliyi protokollar tərtib edib

Xpress.az Redaksiyası 29.09.2026 11:42

“Rahat” marketdə bir sıra malların üzərində göstərilmiş qiymətdən baha satılması faktları aşkarlanıb.

Xpress.az "FED.az"a istinadən xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsini idarə edən şirkət - “ANC Group” MMC 2023-2025-ci illərdə eyni qanun pozuntusunu 10 dəfə təkrarlayıb.

Bununla bağlı, Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi MMC-yə protokollar tərtib edib. Belə ki, şirkət 2023-cü ildə 2 dəfə, 2024-cü ildə 2 dəfə, 2025-ci ildə 5 dəfə qida və 1 dəfə qeyri-qida məhsullarını üzərindən göstərilən qiymətdən baha satıb.

MMC haqqında tərtib edilmiş protokollar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən tərtib edilib. 

Şirkət malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi ilə cərimələnib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasından bəhs edir. Bu maddəyə görə, fiziki şəxslər 350 - 500 manat məbləğdə, vəzifəli şəxslər 1 500 - 2 000 manat məbləğdə, hüquqi şəxslər 4 000 - 6 000 manat məbləğdə cərimə edilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək