Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Ronaldo yığmanın düşərgəsini özbaşına tərk edib
Ronaldo yığmanın düşərgəsini özbaşına tərk edib
İdman

Ronaldo yığmanın düşərgəsini özbaşına tərk edib

Xpress.az Redaksiyası 01.10.2026 12:29

Portuqaliya millisində Kriştiano Ronaldo ilə bağlı gərgin vəziyyət yaranıb.

41 yaşlı futbolçu UEFA Millətlər Liqasında Norveçlə görüşdən sonra komandanın düşərgəsini tərk edib.

Portuqaliyanın Norveçi 2:1 hesabı ilə məğlub etdiyi matça ehtiyat oyunçular skamyasında başlayan Ronaldo ikinci hissədə isinməyə çıxsa da, meydana buraxılmayıb. Növbəti gün isə o, ehtiyatda qalan futbolçularla meydanda məşq etməyib, fərdi şəkildə zalda çalışıb.

Baş məşqçi Jorje Jezuş mətbuat konfransında Ronaldo ilə bağlı problem olmadığını bildirib. Portuqaliyalı mütəxəssis futbolçunun məşqdən imtina etmədiyini və meydanda oynamamaq qərarının yalnız ona aid olduğunu vurğulayıb:

“Baş məşqçi mənəm. Futbolçuya oynayıb-oynamayacağını mən deyirəm. Ona dedim ki, ehtiyatda olacaqsan. 30 dəqiqə ehtiyacım olsa, oynayacaqsan, olmasa, yox. Heç bir futbolçu mənim fikrimi dəyişə bilməz. Kriştiano da, başqası da”.

Jezuşun açıqlamasından qısa müddət sonra Ronaldo Kopenhagendəki “Parken” stadionunu tərk edib. Ronaldo Kopenhagendən şəxsi təyyarəsi ilə Madridə yollanıb.

Futbolçu daha sonra sosial şəbəkədə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa ilə danışdıqdan sonra yığmanın düşərgəsindən ayrılmaq qərarı verdiyini açıqlayıb. O, səbəbləri daha sonra ictimaiyyətə açıqlayacağını bildirib. PFF də Ronaldonun düşərgədən ayrıldığını rəsmən təsdiqləyib.

Portuqaliya mətbuatında Ronaldonun intizam cəzası ilə üzləşə biləcəyi də yazılıb.

PFF-nin İntizam Əsasnaməsinin 160-cı maddəsinə əsasən, yığmanın məşqini, oyununu və ya tədbirini üzrlü səbəb olmadan tərk edən futbolçu 1 aydan 6 aya qədər futboldan uzaqlaşdırıla, həmçinin pul cəzasına məruz qala bilər. Federasiyanın futbolçunun bu əməlini necə dəyələndirəcəyi maraqla gözlənilir.

Portuqaliya millisi isə qarşıdakı Danimarka və Norveç oyunlarına qalan 24 futbolçu ilə hazırlaşacaq.

Qeyd edək ki, Ronaldonun Portuqaliya millisindəki gələcəyi ilə bağlı müxtəlif iddialar yayılsa da, futbolçu yığma karyerasını başa vurduğunu açıqlamayıb.(Apasport)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

05.10.2026 19:36 Təhsil

Bakıda məktəbli qətlə yetirilib,

05.10.2026 18:00 Hadisə

Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir

05.10.2026 17:47 Mədəniyyət

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak edib -

05.10.2026 17:41 Gündəm

Rusiya Xarkovu vurdu:

05.10.2026 17:11 Dünya

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək -

05.10.2026 16:53 Cəmiyyət

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılışını izləyib

05.10.2026 16:43 Siyasət

Ad günündə özünə bahalı “Ferrari” hədiyyə etdi

05.10.2026 16:25 İdman

Bakıda torpaq sahələrinin qiyməti 17 % artıb -

05.10.2026 16:05 İqtisadiyyat

Siyəzəndə narkotiklə bağlı 14 nəfər tutulub

05.10.2026 15:51 Hadisə

Tanınmış aktyor vəfat etdi

05.10.2026 15:04 Dünya

Beynəlxalq Müəllimlər Günü Mingəçevir Dövlət Universitetində yeni tədris imkanları ilə qeyd olunub: Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub

05.10.2026 13:51 Təhsil

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

05.10.2026 13:40 Gündəm

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

05.10.2026 13:23 Siyasət

Tarixin səssiz qadınları: Meri Anderson və Şarlotta Bridqvud -

05.10.2026 13:14 Maraqlı

Sabah Bakıya yağış yağacaq

05.10.2026 12:50 Cəmiyyət

İlham Əliyev Avstriya səfirini qəbul edib

05.10.2026 12:23 Siyasət

İsraildə bayraqlar yarıya endirildi

05.10.2026 11:32 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək