Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Çempionlar Liqasının dörd ev oyunu üçün satılan bi...
Çempionlar Liqasının dörd ev oyunu üçün satılan biletlərin
Ana səhifə

Çempionlar Liqasının dörd ev oyunu üçün satılan biletlərin SAYI AÇIQLANDI - FOTO

Xpress.az Redaksiyası 24.09.2026 11:18

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb. 

Xpress.az xəbər verir ki, bilet satışı ilkin gözləntilərimizi və planlaşdırdığımız tempi xeyli üstələyir. Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir. Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirik.

Klubun məqsədlərindən biri “Sabah” azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır. Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.

Bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.

Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanları da mövcuddur. “Sabah”ın bu tarixi mərhələsinə tərəfdaş kimi qoşulmaq istəyən şirkətləri klubumuzla əlaqə saxlamağa dəvət edirik.

Bilet satışı davam edir. Satışla bağlı yeniliklər klubun rəsmi kanallarında paylaşılacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək