Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Ləfxanım Xocalıya qayıdıb -
Ləfxanım Xocalıya qayıdıb -
Ana səhifə

Ləfxanım Xocalıya qayıdıb - FOTO

Xpress.az Redaksiyası 24.09.2026 11:47

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova doğma yurduna, Xocalıya qayıdıb.

Xpress.az xəbər verir ki, 1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

9 yaşında ağlaya-ağlaya Xocalını tərk etmiş Ləfxanım, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb: “Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun”.

Xatırladaq ki, Ləfxanım Mahmudova hələ 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Hamımızın Ləfxanım kimi tanıdığımız  Nərgiz Mahmudova 34 ildən sonra doğma evində, elindədir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin

24.09.2026 22:00 Təhsil

Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək?

24.09.2026 21:10 Cəmiyyət

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

24.09.2026 20:23 Cəmiyyət

“20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq

24.09.2026 19:03 Cəmiyyət

Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub

24.09.2026 17:41 Cəmiyyət

2027-ci ildə Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq

24.09.2026 17:28 Cəmiyyət

Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə yeni metodoloji yanaşma

24.09.2026 17:06 Mədəniyyət

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək -

24.09.2026 16:53 Cəmiyyət

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

24.09.2026 16:12 Cəmiyyət

Prezident bu icra başçısını vəzifədən azad etdi

24.09.2026 16:01 Cəmiyyət

“Trendyol” sifarişləri gecikir -

24.09.2026 15:33 Cəmiyyət

Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək

24.09.2026 15:12 Cəmiyyət

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş

24.09.2026 13:52 Formula-1

ŞAD XƏBƏR:

24.09.2026 13:51 Cəmiyyət

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24.09.2026 13:42 İqtisadiyyat

Bakıya yağış yağacaq - Tarix

24.09.2026 13:34 Cəmiyyət

Qətl törətməkdə təqsirləndirilən 6 qohuma hökm oxundu

24.09.2026 13:31 Hadisə

Xəzərdə təlim zamanı 19 qazax hərbçini axın aparıb,

24.09.2026 13:11 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək