Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman YUKATEL DENİZLİ BASKET-İN AVROPA OYUNLARI "WORLD T...
YUKATEL DENİZLİ BASKET-İN AVROPA OYUNLARI "WORLD TURK" KANALINDA CANLI YAYIMLANACAQ!
İdman

YUKATEL DENİZLİ BASKET-İN AVROPA OYUNLARI "WORLD TURK" KANALINDA CANLI YAYIMLANACAQ!

Xpress.az Redaksiyası 06.10.2026 11:08

"Yukatel Denizli Basket" komandasının FIBA Avropa Kubokunun G qrupundakı matçlarının təqvimi bəlli olub. Dənizli təmsilçisinin Avropa kubokundakı 10 oyundan ibarət mübarizəsi "WORLD TURK" ekranları vasitəsilə basketbolsevərlərə təqdim olunacaq.
Türkiyə Siğorta Basketbol Super Liqasında Dənizli şəhərini təmsil edən "Yukatel Denizli Basket" Avropa arenasında yeni bir sınağa hazırlaşır. FIBA Avropa Kubokunun G qrupunda yer alan "yaşıl-qaralar" "BC Prievidza", "SL Benfica", "Lions de Genève", "LANDAU Lions" və "Bakken Bears" klubları ilə üz-üzə gələcək.


Dənizli komandası növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparmaqla yanaşı, şəhərin basketbol həyəcanını da Avropa səhnəsinə daşıyacaq.
İLK MATÇ 6 OKTYABRDA
"Yukatel Denizli Basket" Avropa kubokundakı ilk oyununu doğma meydanda keçirəcək. Komanda 6 oktyabr çərşənbə akşamı saat 20:00-da "BC Prievidza" klubunu qəbul edəcək.
Dənizlidə baş tutacaq bu qarşılaşma təmsilçimizin qrup mərhələsinə necə başlanğıc edəcəyi baxımından böyük əhəmiyyət kəsb edir. İlk matçın ardından səfər oyunlarına start verəcək komanda 14 oktyabrda Portuqaliya təmsilçisi "SL Benfica" ilə qarşılaşacaq. Oktyabr ayındakı digər matçlarda isə "Lions de Genève" və "LANDAU Lions" səfərlərinə yollanacaq.
QRUP MÜBARİZƏSİ DEKABR AYINDA YEKUNLAŞACAQ
Noyabr ayında "BC Prievidza" səfərinə yollanacaq "Denizli Basket", daha sonra "SL Benfica"nı öz evində ağırlayacaq. Dekabrda keçiriləcək üç qarşılaşma ilə qrup mərhələsinin proqramı tamamlanacaq.


Təqvim boyunca ev sahibi üstünlüyündən səmərəli istifadə etmək istəyən "yaşıl-qaralar", çətin səfər matçlarından da uğurlu nəticələrlə qayıdaraq qrupdakı mövqeyini möhkəmləndirməyi hədəfləyir.
"DENİZLİ BASKET"İN FIBA AVROPA KUBOKU TƏQVİMİ:
6 oktyabr çərşənbə axşamı | 20:00: Yukatel Denizli Basket – BC Prievidza
14 oktyabr çərşənbə | 22:00: SL Benfica – Yukatel Denizli Basket
21 oktyabr çərşənbə | 21:30: Lions de Genève – Yukatel Denizli Basket
28 oktyabr çərşənbə | 18:00: LANDAU Lions – Yukatel Denizli Basket
3 noyabr çərşənbə axşamı | 20:00: Yukatel Denizli Basket – Bakken Bears
11 noyabr çərşənbə: BC Prievidza – Yukatel Denizli Basket
17 noyabr çərşənbə axşamı | 20:00: Yukatel Denizli Basket – SL Benfica
9 dekabr çərşənbə: Yukatel Denizli Basket – Lions de Genève
15 dekabr çərşənbə axşamı | 20:00: Yukatel Denizli Basket – LANDAU Lions
23 dekabr çərşənbə | 20:30: Bakken Bears – Yukatel Denizli Basket
AVROPA HƏYECANI "WORLD TURK"DƏ
"Yukatel Denizli Basket"in FIBA Avropa Kubokundakı matçları "WORLD TURK" kanalı vasitəsilə canlı yayımlanacaq.
Beləliklə, Dənizli təmsilçisinin Avropadakı gərgin mübarizəsini idmansevərlər ekran başından rahatlıqla izləyə biləcəklər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi -

06.10.2026 20:46 Gündəm

Xaçmaz icra nümayəndəliklərində

06.10.2026 20:12 Cəmiyyət

Ombudsmanın maaşı dörd dəfə artırıldı -

06.10.2026 18:02 Siyasət

"Əlimiz tətikdədir, ABŞ-ni peşman edəcəyik"

06.10.2026 17:47 Dünya

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları

06.10.2026 17:21 Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib -

06.10.2026 16:59 Cəmiyyət

AQTA əməkdaşlarını restorana buraxmadı,

06.10.2026 16:31 Cəmiyyət

İlham Əliyev Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət edib

06.10.2026 16:10 Siyasət

Korrupsiya barədə məlumat verən şəxsə

06.10.2026 15:56 Siyasət

Azı 50 işçisi olan şirkətlər qarşısında

06.10.2026 15:32 Siyasət

Almaniya şokda: Ölkənin baş kəşfiyyatçısı casus imiş

06.10.2026 15:15 Dünya

Dünyada 3,4 milyard insan mənzil böhranı ilə üz-üzədir

06.10.2026 14:21 Dünya

Bakıya uçuş. İncəsənət həftəsonu”:

06.10.2026 14:15 Mədəniyyət

Fizika üzrə Nobel mükafatı laureatı məlum oldu

06.10.2026 14:05 Dünya

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

06.10.2026 13:55 Cəmiyyət

“Süni intellekt üzrə Azərbaycan-Belarus əməkdaşlığı üçün geniş imkanlar var”

06.10.2026 13:48 Texnologiya

Bu quruma yeni direktor təyin edildi

06.10.2026 13:39 Gündəm

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

06.10.2026 13:14 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək