Siyasət
İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Xpress.az Redaksiyası
06.10.2026 13:14
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Xpress.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.