Ana səhifə
Milli Qəhrəman atası DÜNYASINI DƏYİŞDİ - FOTO
Xpress.az Redaksiyası
06.10.2026 09:40
Şəhid Milli Qəhrəman Şövqiyar Abdullayevin atası, qocaman müəllim Cəmil Abdullayev dünyasını dəyişib.
Bu barədə Xpress.az-a ailəsindən məlumat verilib.
Qeyd olunub ki, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndindən olan C.Abdullayev 5 Oktyabr Beynəlxalq Müəllimlər Günündə - peşə bayramında dünyasını dəyişib.
Xatırladaq ki, C.Abdullayevin oğlu, Milli Qəhrəman Şövqiyar Abdullayev Birinci Qarabağ müharibəsində şəhid olub.
Allah rəhmət eləsin!

