Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlı...
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları
Gündəm

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları "Sonsuz qardaşlıq - V" təlimində

Xpress.az Redaksiyası 06.10.2026 17:21

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

Müdafiə Nazirliyindən Xpress.az-a verilən xəbərə görə, Özbəkistan Respublikasında keçirilən təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırlmasına yönəldilib.

Plana əsasən itirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi, eləcə də müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən, xüsusi vasitələrdən gündüz və gecə şəraitində atışlar yerinə yetiriblər.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın bacarıqlarını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda birgə təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, xatirə şəkilləri çəkdirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi -

06.10.2026 20:46 Gündəm

Xaçmaz icra nümayəndəliklərində

06.10.2026 20:12 Cəmiyyət

Ombudsmanın maaşı dörd dəfə artırıldı -

06.10.2026 18:02 Siyasət

"Əlimiz tətikdədir, ABŞ-ni peşman edəcəyik"

06.10.2026 17:47 Dünya

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib -

06.10.2026 16:59 Cəmiyyət

AQTA əməkdaşlarını restorana buraxmadı,

06.10.2026 16:31 Cəmiyyət

İlham Əliyev Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət edib

06.10.2026 16:10 Siyasət

Korrupsiya barədə məlumat verən şəxsə

06.10.2026 15:56 Siyasət

Azı 50 işçisi olan şirkətlər qarşısında

06.10.2026 15:32 Siyasət

Almaniya şokda: Ölkənin baş kəşfiyyatçısı casus imiş

06.10.2026 15:15 Dünya

Dünyada 3,4 milyard insan mənzil böhranı ilə üz-üzədir

06.10.2026 14:21 Dünya

Bakıya uçuş. İncəsənət həftəsonu”:

06.10.2026 14:15 Mədəniyyət

Fizika üzrə Nobel mükafatı laureatı məlum oldu

06.10.2026 14:05 Dünya

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

06.10.2026 13:55 Cəmiyyət

“Süni intellekt üzrə Azərbaycan-Belarus əməkdaşlığı üçün geniş imkanlar var”

06.10.2026 13:48 Texnologiya

Bu quruma yeni direktor təyin edildi

06.10.2026 13:39 Gündəm

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

06.10.2026 13:14 Siyasət

Sabah Azərbaycanda intensiv yağış yağacaq

06.10.2026 12:54 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək