"Niqab kişinin gözündə olmalıdır, qadının üzündə yox!" - MÖVQE + FOTO
“Hicab, niqab və s. ərəb xalqına məxsus örtüklər niyə təhlükəlidir? Əgər bütün cəmiyyətlərdə hər kəsin istədiyi kimi geymək azadlığı olsaydı, təhlükəli olmazdı. Hicablıların sayı qadın əhalinin 20-30 faizini keçərsə, hamı məcbur olacaq bürünməyə. Çünki küçələrdə onları təqib edəcəklər, məktəbdə, iş yerində onlar kimi geyməyənlərə qarşı qısnama başlayacaq. Əgər geyim azadlığı varsa niyə Əfqanstanda, Somalidə və s. islamın tam bərqərar olduğu ölkələrdə hicabsız gəzmək qadağandı və bəzi ölkələrdə edama qədər cəza var?”
Xpress.az xəbər verir ki, bu barədə hüquqşünas Sahib Məmmədov bildirib.
O qeyd edib ki, niqab kişinin gözündə olmalıdır, qadının üzündə yox: “Körpə uşağını dini paltar geyməyə məcbur edənlər niyə hesab edir ki, hamı onların körpə balasına nəfs salacaq? Bəlkə özü...Niqab kişinin gözündə olmaldır, qadının üzündə yox. Bizdə islam min ildən çoxdur mövcuddur. Baxın folklorumuza. Haradadı niqab, hicab? Şairlərimiz, aşıqlarımız gözəlliyi vəsf edən minlərlə folklor nümunələri yaradıb. Niqab olan yerdə gözəlliyi vəsf etmək olar?”
S.Məmmədov vurğulayıb ki, bizə hicab və niqab yaxın 150 ildə gəlib.
