Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu ölkədən Azərbaycana gətirilən dərmanlar məhv ed...
Bu ölkədən Azərbaycana gətirilən dərmanlar məhv edildi
Cəmiyyət

Bu ölkədən Azərbaycana gətirilən dərmanlar məhv edildi

Xpress.az Redaksiyası 12.10.2026 19:11

Çindən Azərbaycana gətirilən baytarlıq preparatının minlərlə flakonunda normativ tələblərə uyğunsuzluq aşkarlanıb. Məhsulların ümumilikdə 8 016 flakonu məhv edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri zamanı “Spektra-Vet” MMC-nin ölkəyə idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq müəyyən olunub. zin Tylo” əmtəə nişanlı baytarlıq preparatından götürülmüş nümunələrin laboratoriya sınaqları zamanı pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi üzə çıxıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar qanunvericiliyə uyğun qərar qəbul edilib. Nəticədə 50 ml-lik 5 010 ədəd və 100 ml-lik 3 006 ədəd olmaqla, ümumilikdə 8 016 flakon məhsul məhv edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək