Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman “Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıl...
“Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıldı
İdman

“Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıldı

Xpress.az Redaksiyası 12.10.2026 22:15

isli Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Zirə" matçının biletləri satışa çıxarılıb.

Gəncə Şəhər Stadionunda baş tutacaq görüşə biletlərin qiyməti dəyişməz qalıb.

Matçı izləmək istəyənlər 2-20 manat dəyərində olan biletlər əldə edə bilərlər.

Satış bu gün iticket.az saytı vasitəsilə onlayn başlanıb. Oktyabrın 14-dən etibarən stadionun kassalarında fiziki biletlərin satışına start veriləcək.

Matçın start fiti oktyabrın 18-də saat 18:30-da çalınacaq.

Xatırladaq ki, "Kəpəz"in bu mövsüm doğma meydanda keçirdiyi bütün oyunlarda böyük maraq qeydə alınıb. Komanda "Turan Tovuz" (13500 nəfər), "Şamaxı" (15000 nəfər), "Qəbələ" (11000 nəfər) və "Sumqayıt"la (14500 nəfər) qarşılaşmalarda azarkeş sayına görə mövsümün rekordunu vurub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək